2026-cı ilin yanvar ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində 31.020 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Azərbaycanda əmlakın ən çox bahalaşdığı - RAYON/ŞƏHƏRLƏR - QİYMƏTLƏR, SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Dövlət Xidmətinin məlumatına görə, qeydiyyata alınan mülkiyyət hüququnun 5.594-ü (18 faizi) ilkin, 25.426-sı (82 faizi) isə təkrar qeydiyyatın payına düşür.
Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində – 6.420, mənzil – 7.338, torpaq sahəsi – 16.184, qeyri-yaşayış binası – 271, qeyri-yaşayış sahəsi – 754, əmlak kompleksi – 47 və çoxmərtəbəli yaşayış binası – 6 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 7.562-si Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Yanvar ayı ərzində 21.928 texniki pasport tərtib edilib, 5.271 ipoteka müqaviləsi qeydiyyata alınıb.












