Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 № -li, 11 mart 2020-ci il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, Nərimanov rayonu , Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan, istismar müddəti başa çatmış, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının inşası “Ailə Park “ MMC-yə həvalə olunub.
Eləcə də bax: Bakıda bu binalar - SÖKÜLƏCƏK - ELAN
FED.az xəbər verir ki, yenilənən binaların sakinləri və “Ailə Park” MMC arasında rəsmi müqavilə (notarial qaydada) bağlanılır və onlar müvəqqəti olaraq digər yaşayış yerlərinə köçürülürlər.
Mənzilləri sökülən sakinlər müvəqqəti kirayədə yaşadığı dövrdə onların kirayə haqları ödənilir. Daha sonra sakinlər köçürüldükləri mənzildən sahəsinə görə 25 % daha artıq və təmirli mənzillərə sahib olurlar.
Nəzərinizə çatdıraq ki, "Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə paytaxtın bir çox rayonlarında istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan evlərin söküntüsü davam edir. Qərarda 3 mindən artıq binanın yararsız olduğu bildirilib və bu günə kimi 1200-dən çox yaşayış binası sökülərək müasiri ilə əvəz edilib. Sözügədən ünvandakı binalar 1960 –cı illərdə inşa olunmuşdur və artıq istismar müddətini başa vuraraq yararsız vəziyyətə düşüb.
Qafqazinfo