Rusiyanın Ukraynaya hərbi təcavüzü və başlayan müharibə Türkiyə kurortlarında qiymətlərin bahalaşmasına səbəb olub.
FED.az xəbər verir ki, Antalyanın ticarət-sənaye palatasının (ATSO) icraçı direktoru Mustafa Ayanoğlu bildirib ki, rusların və ukraynalıların buraya axışması səbəbindən Antalyanın Aralıq dənizi bölgəsində mənzillərin aylıq kirayə haqqı kəskin bahalaşaraq 170 dollardan 680 dollara yüksəlib.
«Təhlükəsiz yer axtaran rusların və ukraynalıların bölgəyə marağı kəskin artıb. Nəticədə bölgədə orta aylıq kirayə haqqı 170 dollardan 680 dollara yüksəlib»,-deyə direktor «Demirören» informasiya agentliyinə bildirib.
Ayanoğlunun sözlərinə görə, şəraiti olan bəzi mənzillər xaricilərə indiyədək görünməmiş məbləğə, hətta ayda 2700 dollara kirayəyə verilir. Daşınmaz əmlak agertliyinin nümaynədəsi Omur Kuşçalar isə bildirib kp, son həftələr mənzillərə tələbat ikiqat artıb, əsas səbəb Rusiyanın fevralın 24-də Ukraynaya hücumu olub.
«İcarə qiymətləri təqribən 300% artıb»-deyə n əmlak agentinin sözlərinə görə, mənzil axtaranların 70%-i ruslar və ukraynalılardır.
Antalyada evlərin qiyməti - 2 DƏFƏDƏN ÇOX ARTIB
Türkiyə Statistika İnstitutunun məlumatlarına görə, bu ilin 1-ci rübündə rusiyalılar Türkiyədə 1535 əmlak alıblar, bu ötən ilin eyni dövrü (938 olmuşdu) ilə müqayisədə 63% artıqdır.
Ruslar və ukraynalılar Türkiyəyə axışır – QİYMƏTLƏR KƏSKİN ARTDI
Ukraynalılar isə bu ilin 1-ci rübündə Türkiyədə 381 əmlak alıblar, bu ötən ilin eyni dövrünə (222 olmuşdu) nisbətən 725 artıqdır. Təkcə mart ayında ukraynalılar Türkiyədə 168 ev və mənzil alıblar.