Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən paytaxtla yanaşı, digər şəhər və regionlarda da yaşayış kompleksinin inşası nəzərdə tutulub.
FED.az xəbər verir ki, MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, komplekslərdən biri Sumqayıt şəhərində reallaşdırılmaqdadır. Şəhərdə 0,76 hektar torpaq sahəsində iki 9 mərtəbəli, 2 bloklu binanın tikintisi planlaşdırılıb. Ümumilikdə isə bu binalarda 144 mənzil olacaq. Artıq tikinti işlərinə başlanılıb.
Eləcə də bax: Ayda 129 manat ödənişlə - 1 OTAQLI MƏNZİLLƏR SATIŞDA - 570 MƏNZİL
Digər yaşayış kompleksi isə Gəncə şəhərində inşa ediləcək. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən, Gəncə şəhərinin Azərbaycan Bayrağı küçəsində yerləşən 6,23 hektar sahəsi çoxmənzilli binaların və 1170 yerlik tam orta məktəb binasının tikintisi üçün planlaşdırılıb.
Azərtac