Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəştli mənzillərin növbəti partiyasını satışa çıxarıb.
FED.az xəbər verir ki, mənzillərin satışı oktyabrın 16-da saat 11-dən başlayacaq və bir ay davam edəcək.
Eləcə də bax: Azərbaycanda dövlət hesabına - MƏNZİL ALANLARIN SAYI ÇOXALIB
Güzəştli mənzilləri kimlər ala bilər? – KATEQORİYALAR, TAM SİYAHI
Bu dəfə satışa ümumilikdə 570 mənzil çıxarılacaq. Mənzillərin 330-u iki otaqlı, 140-ı 3 otaqlı, 90-ı isə 1 otaqlıdır.
1 otaqlıların sahəsi 31-33 kvadratmetr , 2 otaqlı mənzillərin sahəsi 50-57 kvadratmetr, 3 otaqlıların sahəsi 69-70 kvadratmetr arasında dəyişir.
1 otaqlıların qiyməti 29,2 min manatdan, 2 otaqlıların qiyməti 47,6 min manatdan, 3 otaqlaların qiyməti isə 67 min manatdan başlayır.
Mənzillər əvvəlcədən elan edilmiş güzəştli mənzil hüququ əldə etmiş şəxslərə güzəştli ipoteka krediti ilə satılacaq. İpoteka kreditləri 3-30 il müddətinə illik 4%-lə verilir, ilkin ödəniş azı 10% olmalıdır. Bu hesabla 1 otaqlı mənzil üçün aylıq ödəniş 129-136 manat, 2 otaqlı mənzil üçün aylıq 205-236 manat, 3 otaqlı mənzillər üçün isə 284-288 manat arasında dəyişir.
Mənzilləri öz pulu ilə nağd almaq istəyənlərə 10% endirim olacaq.
Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:
Satışa ümumilikdə 570 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 30.01.2017-ci il tarixli 23206 nömrəli, 31.01.2017-ci il tarixli 23210 nömrəli və 17.03.2017-ci il tarixli 23364 nömrəli müsbət rəyləri mövcuddur.
Mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilmişdir.
Bina № |
Binanın yerləşdiyi torpaq sahəsi (m²) |
Binada mərtəbə sayı |
Binaya giriş sayı |
Mənzillərin otaqlarının sayı |
Mənzillərin sayı |
Mənzillərin daxili perimetr üzrə sahəsi (m²) |
Mənzillərin xarici perimetr üzrə sahəsi (m²) |
Baş podratçı / ünvanı |
Tikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi |
|
10 |
441,56 |
12 |
1 |
2 |
1 |
56,87 |
70,44 |
"Hovers Group" MMC / Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 73 |
10 oktyabr 2018-ci il |
|
11 |
665,32 |
9 |
2 |
2 |
3 |
54,65-55,07 |
66,91 |
|||
12 |
441,56 |
12 |
1 |
3 |
1 |
70,46 |
84,47 |
"SMT İnşaat" MMC / Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44 |
01 aprel 2019-cu il |
|
13 |
665,32 |
9 |
2 |
2 |
5 |
54,73-55,07 |
66,91 |
|||
14 |
1507,97 |
9 |
2 |
1 |
8 |
33,10-33,37 |
40,52 |
“Caspian CLC” MMC / Bakı şəhəri, Binəqədi rayonu, keçid 1410, 6-cı mikrorayon, ev 15/2, mənzil 89 |
01 aprel 2019-cu il |
|
2 |
48 |
50,16-55,14 |
60,10-66,91 |
|||||||
3 |
8 |
69,47-69,73 |
84,47 |
|||||||
15 |
665,32 |
9 |
2 |
1 |
8 |
33,10-33,37 |
40,52 |
|||
2 |
48 |
50,16-55,14 |
60,10-66,91 |
|||||||
3 |
8 |
69,47-69,73 |
84,47 |
|||||||
16 |
665,32 |
9 |
2 |
1 |
8 |
33,10-33,37 |
40,52 |
“AS Tikinti” MMC / Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 10, mənzil 18 |
22 dekabr 2018-ci il |
|
2 |
48 |
50,16-55,14 |
60,10-66,91 |
|||||||
3 |
8 |
69,47-69,73 |
84,47 |
|||||||
17 |
1507,97 |
9 |
2 |
1 |
8 |
33,10-33,37 |
40,52 |
|||
2 |
48 |
50,16-55,14 |
60,10-66,91 |
|||||||
3 |
8 |
69,47-69,73 |
84,47 |
|||||||
18 |
665,32 |
9 |
2 |
1 |
8 |
33,10-33,37 |
40,52 |
“Araz İnşaatçı” MMC / Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, məhəllə 851, mənzil 10/86 |
22 dekabr 2018-ci il |
|
2 |
48 |
50,16-55,14 |
60,10-66,91 |
|||||||
3 |
8 |
69,47-69,73 |
84,47 |
|||||||
19 |
441,56 |
12 |
1 |
1 |
12 |
31,50-33,01 |
40,12 |
|||
2 |
24 |
56,85-57,87 |
70,44 |
|||||||
3 |
24 |
69,80-70,46 |
84,47 |
|||||||
20 |
441,56 |
12 |
1 |
1 |
12 |
31,50-33,01 |
40,12 |
“MƏK-AN” MMM / Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26N. |
22 dekabr 2018-ci il |
|
2 |
24 |
56,85-57,87 |
70,44 |
|||||||
3 |
24 |
69,80-70,46 |
84,47 |
|||||||
21 |
441,56 |
12 |
1 |
1 |
12 |
31,50-33,01 |
40,12 |
|||
2 |
24 |
56,85-57,87 |
70,44 |
|||||||
3 |
24 |
69,80-70,46 |
84,47 |
|||||||
22 |
441,56 |
12 |
1 |
1 |
12 |
31,50-33,01 |
40,12 |
|||
2 |
24 |
56,85-57,87 |
70,44 |
|||||||
3 |
24 |
69,80-70,46 |
84,47 |
Satış şərtləri və qiymətlər:
Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.
Qeyd: “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.
1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 47 652 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 65 997 manatdan başlayır.
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:
İllik faiz dərəcəsi |
Müddət |
Minimal ilkin ödəniş |
Aylıq ödəniş* |
||
1 otaqlı |
2 otaqlı |
3 otaqlı |
|||
4% |
3-30 il |
10% |
129-136 manat |
205-236 manat |
284-288 manat |
* Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda. |
DİQQƏT! Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.
Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:
Otaqların sayı |
Mənzilin qiyməti (manat) |
Əlavə endirim məbləği (manat) |
Əlavə endirimdən sonra mənzilin satış qiyməti (manat) |
1 |
29 925 |
2 992 |
26 933 |
2 |
47 652 |
4 765 |
42 887 |
3 |
65 997 |
6 600 |
59 397 |
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir. |
Yasamal Yaşayış Kompleksinin www.yasamal.mida.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.
Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər, mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı və Sumqayıt), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.