Ölkədə, xüsusilə də paytaxtda binalardakı mənzillərinevlərinin və fərdi yaşayış evlərinin qiyməti hər keçən gün artır.
Paytaxtda mənzillər - BAHALAŞIR
FED.az xəbər verir ki, əmlakçılar bildirir ki, yerli və xarici vətəndaşlar yatırımı daha çox daşınmaz əmlaka edirlər. Bu səbəbdən də bazarda qiymətlər ceyran belinə qalxıb.
Satış qiymətləri artdıqca evlərin kirayə qiymətləri də artır. Artıq Bakıda 400 manatdan aşağı kirayə mənzil tapmaq mümkün deyil.
Qiymət artımı bölgələrdəki mənzil bazarında da özünü göstərir.
Əmlakçılar növbəti ildə də mənzil bazarında bahalaşmanın qaçılmaz olacağını proqnozlaşdırırlar. (Xezerxeber.az)