Azərbaycanda əhalinin uzunmüddətli ipoteka kreditləşməsini həyata keçirən İpoteka və Kredit Zəmanəti Fondu bu gün açıqladı ki, satma öhdəlikli kirayə mənzillərini mənfi kredit tarixçəsinə malik şəxslər də əldə edə biləcək. Yəni, onların gəlirləri nəzərə alınmaqla veriləcək.
Eləcə də bax: Mənzili kirayə üsulu ilə almaq ipotekadan – DAHA SƏRFƏLİ İMİŞ
FED.az istinadən xəbər verir ki, “Bu mexanizmdə mənfi kredit tarixçəsi olan şəxslər də faydalana biləcəklər. Əgər biz digər alternativ mexanizmlərə baxsaq, onlar mənfi kredit tarixçəsinə sahib olduqları üçün yüksək riskli ödəyicilər olduğu üçün banklar tərəfindən imtinalar alırlar. Onlara ödəmə qabiliyyətinin yüksək olmasından asılı olmayaraq həmin şəxlərdən imtina olunur və mənzil vəziyyətlərini yaxşılaşdıra bilmirlər”– deyə, bunu Banker.az-a İKZF-in departament rəhbəri Ramik Tahirov onlayn press-konfransda deyir.
O deyir ki, İKZF-də anderraytenqdə hesablamaya görə yaşayış minimumu 100%, yəni, ər və arvadın ailə üzvlərinin sayına görə 190 manat çıxılır. Yerdə qalan məbləğ isə satma öhdəlikli kirayə mənzillərin ödənməsinə yönəldiləcək.
“Sual oluna bilər ki, nəyə görə biz bu “mənfi tarixçəli”, risk ödənişli şəxslərə belə bir şərait yaradırıq. Təbii ki, bu məhsulun xüsusiyyətindən asılıdır. Çünki, satma öhdəlikli kirayə məhsulu istər ipoteka məhsulu olsun, istər bank məhsulu olsun – onlara münasibətdə daha az riskli məhsul sayılır. Burada mənzil müqavilə müddətinin sonuna kimi, onun [İKZF] mülkiyyətində saxlanıldığına görə, ipoteka krediti və digər bank məhsulları kimi bank çəkişməsinə məruz qalmır. Riskli və məsrəfli mərhələləri keçmədiyinə görə risk məsrəfli məhsul sayılmır. Ona görə də biz bu mənfi tarixçəli şəxslər üçün şərait yaradırıq”.