İpoteka və Kredit Zəmanət Fondu(İKZF) tərəfindən ilk mərhələdə vətəndaşlara 331 mənzil təklif olunacaq və il ərzində bu rəqəm 4-5 dəfə artırılacaq. FED.az xəbər verir ki, bunu Fondun rəsmisi bildirib.
Eləcə də bax:Sabahdan kirayə mənzillər üçün elektron müraciətlərin - QƏBULUNA BAŞLANILIR
Onun sözlərinə görə, il ərzində mənzil fondunun formalaşdırılması istiqamətində əhalinin tələbətinə uyğun olaraq işlər davan etdiriləcək. Qeyd edək ki, fond kirayə mənzil mexanizminin icrasına hazırlıq mərhələsində vətəndaşlar arasında sorğu keçirib. Məhz sorğunun nəticlərinə əsasən bu gün fondun vətəndaşlara təklif etdiyi mənzillər, Bakı, Sumqayıt və Xırdalan ərazilərində yerləşir. Bununla əlaqədar növbəti mərhələdə də əhalinin tələbləri nəzərə alınaraq mənzillərin kirayə verilməsi təklif olunacağı bildirilir.