Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində mənzil fondu əhali arasında keçirilmiş sorğu əsasında formalaşdırılıb.
Eləcə də bax: Kirayəyə veriləcək - MƏNZİLLƏRİN SİYAHISI AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə keçirilən brifinqdə İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanova məlumat verib.
Eləcə də bax: Kirayə mənzillər üçün müraciətlər başlayır - FONDDAN AÇIQLAMA - TƏCİLİ
“Son nəticədə Bakı, Abşeron və Sumqayıtda mənzillər alınaraq satışa çıxarılıb”, - deyə o, qeyd edib.
Xatırladaq ki, sabahdan kirayə mənzil mexanizmi çərçivəsində elektron müraciətlərin qəbuluna başlanılır. Ölkə prezidentinin “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” 25 yanvar 2019-cu il tarixli fərmanı ilə Fonda həvalə olunmuş vəzifələrin icrası istiqamətində hazırlıq işləri yekunlaşdırılıb. Mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedurlar və daxili qaydalar hazırlanıb. İş prosesləri tam avtomatlaşdırılıb. Kirayəşinlər və yaşayış sahələrinə dair tələblər müəyyən edilib.