İnşaat və əmlak

Kirayə mənzillərə - MÜRACİƏTİN QƏBULU BAŞLANIR - MƏRHƏLƏLƏR

Kirayə mənzillərə - MÜRACİƏTİN QƏBULU BAŞLANIR - MƏRHƏLƏLƏR | FED.az
09:25 28 Fev 2020

İpoteka və Kredit Zəmanət Fondu bildirir ki,  “Elektron ipoteka və kredit zəmanət sistemi”nin (EİKZS) kirayə mənzil modulu elektron kabinetin yaradılması və elektron müraciətin formalaşdırılması üçün vətəndaşların istifadəsinə açıqdır.

Eləcə də bax: Kirayə üçün alınmış mənzillərin - ORTA BAZAR QİYMƏTİ AÇIQLANDI

Fonddan FED.az-a verilən məlumata görə, elektron müraciətlərin qəbulu və baxılması aşağıdakı mərhələlər üzrə həyata keçirilir:

Eləcə də bax: Kirayə evlər sərfəlidir, yoxsa ipoteka krediti?– İPOTEKA FONDUNUN 4 SƏHVİ

- Vətəndaşlar ilkin mərhələdə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya Asan imza) istifadə etməklə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən EİKZS-də  elektron kabinet yaradır və elektron müraciətini formalaşdırır.  

Eləcə də bax: TƏCİLİ: Kirayə evlərlə bağlı qaydalarda – MÜHÜM DƏYİŞİKLİK

- EİKZS-də elektron kabinetə malik olan və müraciətini formalaşdıran vətəndaşların elektron kabinetində müraciətlərin qəbuluna başlanması vaxtı barədə bildiriş yerləşdirililir və SMS məlumat verilir. 

- Elektron kabinetdə bildiriş yerləşdirildikdən sonra vətəndaşlar eyni elektron kabinetdə müəyyən olunmuş vaxtda elektron müraciəti göndərir. Elektron müraciət avtomatik qeydə alınır və onlara növbə təyin edilir. 

Eləcə də bax: Kirayə evlərin - QİYMƏTİ DƏ AÇIQLANDI - YERLƏR - MƏBLƏĞLƏR

- Növbəlilik əsasında vətəndaşa EİKZS vasitəsi ilə sənədlərin qəbulu tarixi təyin edilir. Sənədlərin qəbulu prosesi 2 saylı Bakı “ASAN Kommunal” və Sumqayıt “ASAN Xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcəkdir.

Fond vətəndaşların nəzərinə çatdırır ki, EİKZS vasitəsi ilə yaşayış sahəsini seçmək imkanı yalnız Fond tərəfindən müraciətə baxıldıqdan və razılıq barədə qərarın qəbul edilməsindən sonra yaranır.  

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Eyni zamanda, vətəndaşlar  Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.

“Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə alınması üçün müraciətə dair istifadəçi təlimatı

 

Digər xəbərlər