Azərbaycanda sonradan satma öhdəliyi ilə kirayəyə verilən, yəni sadə desək kirayə üsulu ilə satılacaq yeni mənzillərin aylıq ödənişləri açıqlanıb.
Eləcə də bax: “Bağça Şəhər” üzrə 80 mənzil - Kirayə Yolu İlə Satılacaq - SİYAHI - VİDEO
FED.az xatırladır ki, bu gün İpoteka və Kredit Zəmanət Fondu (İKZF) kirayə üsulu ilə satılacaq mənzillərin yeni partiyasını təqdim edib. Bu mənzillər Sumqayıt Bağça Şəhər» yaşayış kompleksində yerləşir.
Fonddan FED.az-a verilən məlumata görə, kompleksdə 2-3 otiaqlı mənzillər kirayə üsulu ilə satışa çıxarılacaq.
Onların sahəsi 45-109 kvadratmetr aylıq ödənişləri isə 297 manatdan başlayır və 719 manatadək dəyişir.
Belə ki, sahəsi 45 kvadratmetr olan 2 otaqlı mənzilin aylıq ödənişi 297 manatdır. Sahəsi nisbətən böyük olan 2 otaqlı mənzilin aylıq ödənişi isə 323 manatdır.
3 otaqlı mənzillərin sahəsi isə 106 kvadratmetrdən başlayır. Belə mənzil üçün aylıq ödəniş 699 manatdır. Nisbətən iri, 109 kvadratmetrlik 3 otaqlı mənzilin aylıq ödənişi isə 719 manatdır.
Qeyd edək ki, bu rəqəmlər mənzilin 25 illiyə kirayə götürülməsi şərtilə hesablanıb. Şərtlərə əsasən, evi alan şəxs ilkin ödəniş kimi, 12 aylıq kirayə haqqı ödəməlidir.
Qeyd edək ki, «Sumqayıt Bağça Şəhər» yaşayış kompleksi – Sumqayıt şəhərinin girişində, mərkəzə yaxın məsafədə yerləşən, rahat şəraitli çoxmənzilli binalardan ibarət olan yaşayış kompleksidir.
Kompleksin tikinti parametrləri
- Kompleksdə yerləşən mənzillər 7-11 mərtəbəli binalarda yerləşiir.
- Kompleksdə yerləşən mənzillərin otaqlarının sayı 1-4 aralığında dəyişir.
- Mənzillər tam təmirlidir.
- Bütün kommunal xidmətlərlə (qaz, su, işıq) təmin olunub, sayğaclar quraşdırılıb.
- Mənzillər üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.
Kompleksin infrastruktur cəhətdən üstünlükləri
İnfrastruktur cəhətdən kompleks çox əlverişli ərazidə yerləşir. Belə ki, kompleksdən bir qədər məsafədə bir neçə kafe, müxtəlif mağazalar, o cümlədən, ərzaq mağazası, bank filialı və şöbələri, otellər və poçt idarələri yerləşir. Eyni zamanda, kompleksin daxilində müasir ticarət mərkəzində yerləşəcək AVM, bank filialları, tanınmış geyim mağazaları, restoran, kinoteatr, idman-spa mərkəzinin fəaliyyət göstərməsi, müasir məktəb və uşaq bağçası, tibb müəssisəsinin inşası nəzərdə tutulub.
Kompleksin yerləşmə yeri
"Sumqayıt Baxça Şəhər" yaşayış kompleksi Sumqayıt şəhərinin girişində, Sülh küçəsində yerləşir. Şəhərin mərkəzindən beş dəqiqə, Bakıdan isə avtomobillə otuz dəqiqə məsafədədir.
Kompleksin nəqliyyat imkanları
Avtobus dayanacağına qədər olan məsafə 300 metrdir, yaxınlıqda bir neçə avtobus marşrutu fəaliyyət göstərir. Şəhərin bütün istiqamətləri üzrə yolayrıcılarının kompleksin yaxınlığından keçməsi şəhərin hər bir ərazisinə rahat gediş imkanını yaradır. Eyni zamanda, kompleks Sumqayıt Avtovağzalına yaxın məsafədə yerləşir.
Kompleksdə nəzərdə tutulan digər imkanlar
Nəqliyyat üçün avtomobil yolları və səki plitələri ilə örtülmüş piyada yolları çəkilir, küçə fənərləri quraşdırılır. Yaşayış kompleksində yerüstü dayanacaq yerləri salınır, sakinlərin avtomobilləri üçün isə yeraltı parkinq tikilir.
"Sumqayıt Baxça Şəhər" yaşayış kompleksində 24 saat fasiləsiz mühafizə xidməti fəaliyyət göstərir, həmçinin video-müşahidə sistemləri quraşdırılır. Uşaqlar üçün yelləncəkləri və slaydları olan oyun meydançaları tikilir, sakinlər üçün rahat istirahət zonaları mövcuddur.