Xəbər verildiyi kimi, İpoteka və Kredit Zəmanət Fondu mənzillərin kirayə üsulu ilə satılması ilə bağlı işləri bərpa edib.
Eləcə də bax: Kirayə mənzillərə - MÜRACİƏTİN QƏBULU BAŞLANIR - MƏRHƏLƏLƏR
FED.az xəbər verir ki, Fondun bu ün yayıdığı məumatda kirayə evlərin satışı ilə bağlı müraciət üçün yeni təlimat və video təlimat açıqlanıb,
Fond kirayə ilə satılacaq mənzillərin siyahısını da yenidən açıqlayıb. FED.az xəbər verir ki, siyahı dəyişməyib. Əvvəl elan edildiyi kimi, bu dəfə satışa 331 mənzil çıxarılıb. Mənzillərin 208-i Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində, 40-ı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri 21-i məhəllədə və 25-i Sumqayıt şəhəri, Sülh küçəsində yerləşir.
Bakıda ən kiçik mənzil 58 kvadratmetr, ən böyük mənzil 180,7 kvadratmetrdir.
Abşeronda mənzillərin sahəsi 55-111 kvadratmetr, Sumqayıtdı isə 41-100 kvadratmetr arasında dəyişəcək.