“Qanunsuz tikililərlə mübarizə istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir”.
1 mərtəbəyə icazə alıb 3 mərtəbə tikiblər - SÖKÜLÜR
FED.az biznes və maliyyə xəbərləri portalı APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.
Bakıda 2 milyona satışa çıxarılan mənzilin qiyməti - 1 MİLYON MANATA DÜŞDÜ – YENI HƏRRAC
Son 15 ildən artıq müddətdə FHN-ə başçılıq edən və tikinti bazarına nəzarəti həyata keçirən nazır deyib ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi yaradılandan sonra Bakı şəhəri, digər şəhər və rayon mərkəzlərində bu işə xüsusi diqqət ayrılıb: “İndi Dövlət Şəhərsalma və Arxitektoru Komitəsi, rayon icra hakimiyyətləri ilə birgə bu məsələlərə baxılır. Təbii ki, burada obyektiv və subyektiv məsələlər var. Qaçqın və məcburi köçkünlərimizin çox olduğu dövrdə bəzi tikililər tikildi”.
K. Heydərov qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Bakıda çox sayda çoxmərtəbəli binaların istismara qəbulu da təmin olunub, sərəncam yeninə yetirilib: “İstismara qəbul üçün bütün lazımi sənədlər qaydaya salınıb, yol verilmiş texniki səhvlər aradan qaldırılıb, daha sonra da bu binalar istismara qəbul edilib”.
FED.az xatırladır ki, dovlət başçısının sözügedən sərəncamı nəhz Bakıdakı yeni tikililərin FHN tərəfindən istismara götürülmasində böyük problemlərin yaranmasından sonra verilmişdi.
Fövqəladə hallar naziri prosesin digər rayonlarda da davam etdiyini nəzərə çatdırıb: “Yəqin ki, bir neçə ildən sonra Azərbaycanda qanunsuz tikililər olmayacaq. Çünki artıq hər kəs başa düşür və bilir ki, qanunsuz tikililər dövlət tərəfindən qəbul edilməyəcək. Adamlar bu qanunsuz tikililərin özləri üçün də təhlükə mənbəyi olduğunu başa düşürlər”.