İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
MİDA-nın 1200 mənzili satışa çıxarılacaq – NƏZARƏT GÜCLƏNDİRİLDİ - UCUZ QİYMƏTLƏR
İKZF-dən FED.az-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 45 min 189 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 671 milyon 189 min 441 manatdır.