İpoteka Kredit və Zəmanət Fondunun nizamnamə kapitalı 87,7 milyon manat və ya 9,8 % artırılaraq 980,7 milyon manata çatdırılıb.
Azərbaycanda istiqraz bazarını «partladacaq» yenilik – 60%-LİK DÖVLƏT ZƏMANƏTİ BAŞLAYIR
FED.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana görə, nizamnamə kapitalının artırılması 2023-cü ilin dövlət büdcəsindən Fonda ayrılan 87,7 milyon manatla təmin ediləcək. Maliyyə Nazirliyinə maliyyələşmənin təmin edilməsi tapşırılıb.