İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Eləcə də bax: Kirayə üsulu ilə ev almaq qaydası belə dəyişdi – YENİLİK - MÜSAHİBƏ
FED.az xəbər verir ki, İKZF-dan bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 32 min 812 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 732 milyon 730,8 min manatdan çoxdur.