Azərbaycanda gələn il İpoteka və Kredit Zəmanət Fonduna 101 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Eləcə də bax: Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu rayonlar açıqlanıb - SİYAHI
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov bildirib.
Onun sözlərinə görə, bunun 87,7 milyon manatı güzəştli ipoteka kreditlərinin verilməsi üçün Fondun nizamnamə kapitalının artırılması, 13,3 milyon manatı isə sahibkarların subsidiyalaşdırılması məqsədi ilə ayrılacaq. (Report)