Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) 2020-ci ilin dövlət büdcəsindən 90 milyon manat ayrılıb.
Eləcə də bax: İpoteka Fondu növbəti dəfə - MƏNFƏƏT AÇIQLADI - HESABAT
FED.az xəbər verir ki, "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatası tərəfindən verilən rəyə istinadən verilən məlumata görə, sözügedən məbləğin 70 mln. manatı Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin güzəştli ipoteka kreditləri vasitəsilə satışı üçün ayrılıb.
Beləliklə, ayrılmış 70 milyon manat vəsaitin ilin sonuna 50 milyon manat istifadəsiz saxlanılıb. (APA)