İpoteka və Kredit Zəmanət Fondu 2020-ci ili 7 milyon 228 min manat mənfəətlə başa vurub.
FED.az Fondun açıqladığı hesabata istinadən xəbər verir ki, bu dövrdə fondun aktivləri və kredit portfeli böyüməkdə davam edib. Eləcə də yeni ipoteka krelitərinin verilməsi üçün istiqrazların buraxılması ilə fondun öhdəlikləri də artıb.
Hesabata əsasən 2020-ci ildə fondun faiz gəlirləri 41 milyon 486 min manat, faiz gəlirləri 21 milyon 196 min manat təşkil edib.
Nəticədə fondun xalis faiz gəliri 20 milyon 290 min manat olub.
Hesabatdan məlum olur ki, 2020-ci ildə fondun haqq və komissiya gəlirləri 2,4 dəfə artaraq 865 min manat təşkil edib.
Ötən il fondun gözlənilən kredit zərərləri ilə bağlı xərcləri 4 milyon 769 min manat təşkil edib. 2019-cu ildə bu göstərici 375 min manat təşkil etmişdi.
Nəticədə 2020-ci ildə fondun əməliyyat gəlirləri 16 milyon 186 min manat olub. Bu dövrdə fond əmək haqqı və inzibati xərclərə 8 milyon 958 min manat sərf edib.
Nəticədə İpoteka və Kredit Zəmanət Fondu ili 7 milyon 228 min manat xalis mənfəətlə başa vurub. Qeyd edək ki, Fond ötən ili də böyük məbləğdə - 18 milyon 695 min manat mənfəətlə başa vurmuşdu.
2020-ci ildə Fondun verdiyi ipoteka kreditərinin məbləği 139 milyon manat artaraq ilin sonunda 1 milyard 137 milyon manata çatıb.
İpoteka Fondu satmaq öhdəliyi ilə irayə verilməsi, yəni kirayə üsulu ilə satıliması üçün indiyədək ümumilikdə 243 milyon manatlıq əmlak alıb. Bunun 43 milyon manatlıq hissəsi 2020-ci ildə əldə edilib.
2020-ci ildə İpoteka Fondunun öhdəlikləri 206 milyon manat artaraq 960 milyon manatı keçib. Öhdəliklərdə artım ipoteka istiqrazlarının 208 milyon manatlıq artımı hesabına baş verib.
Bu dövrdə Fondun Kapitalı 71 milyon manat artaraq 637 milyon manata yüksəlib.