Yaxın vaxtlarda İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzil fonduna yeni mənzillər əlavə olunacaq.
Eləcə də bax: İpoteka Fondu: Aylıq gəliri 300 manat olan şəxslər də kirayə evlər alırlar
FED.az xəbər verir ki, bu barədə Fondun İdarə Heyətinin sədr müavini Rəhman Hümmətov məlumat verib.
Onun sözlərinə görə, yeni mənzillər paytaxtın Nizami rayonunda - Babək prospektində və Binəqədi rayonunda - 9-cu mikrorayonda yerləşən binalardan alınacaq və vətəndaşlara təklif ediləcək.
Hazırda Fondun balansında 983 mənzil var.