Azərbaycanda mənzillərin satma öhdəliyi ilə kirayə verilməsi – kirayə vermək üçün üsulu ilə satışı proqramından təkcə aylıq gəlirləri yüksək olan şəxslər deyil, aşağı gəlirli vətəndaşlar da yararlanırlar.
Eləcə də bax: Kirayə evlərlə bağlı yenilik var - FONDDAN AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun təşkil etdiyi onlayn görüş zamanı bildirilib. Görüşdə deyilib ki, indiyədək kirayə yolu ilə satılan 380 mənzildən 100-də aylıq ödəniş 300 manatdan aşağıdır. Bu o deməkdir ki, məhsuldan daha aşağı gəliri olanlar da faydalana bilirlər.
Görüşdə bildirilib ki, bütün xərcləri nəzərə alanda kirayə evlərin satışı zamanı əlavə ödənilən faiz ildə 4%-dən artıq deyil. Bu da güzəştli ipoteka kredpitlərində olduğu kimidir.
Məhsulun şərtlərinin sərfəli olduğunu bildirən fond nümaynədəsi qeyd edib ki, indiyədək satılan mənzillərdə ilkin ödənişlər (qaydaya görə, müştəri bir illik kirayə haqqını əvvəlcədən ödəməlidir) mənzilin dəyərinin 6-7%-ni təşkil edir.