İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizminin yaradılması ilə bağlı hazırlıq işlərinin başladığı vaxtdan bugünə kimi mexanizm üzrə vətəndaşların tələb və istəklərinin öyrənilməsi üçün müntəzəm olaraq sorğular təşkil edir.
Eləcə də bax: Kirayə üsulu ilə ev almaq qaydası belə dəyişdi – YENİLİK - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bununla əlaqədar, Fond tərəfindən vətəndaşların kirayə mexanizminə dair rəy və təkliflərinin əldə olunması prosesinin sürətləndirilməsi və daha da sadələşdirilməsi məqsədilə rəsmi internet səhifəsində (www.mcgf.gov.az) “Rəy və təkliflər” bölməsi yaradılıb. Qeyd olunan bölmə “Sorğu anketi” və “Kirayəçi məmnunluğu” altbölmələrindən ibarətdir.
“Sorğu anketi”ndən istifadə edərək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzil sahibi olmaq istəyən vətəndaşlar yaşayış sahələrinə dair tələblərini (ərazi, otaq sayı, mənzilin sahəsi və s.), kirayəçilər isə əldə etdikləri mənzillərlə bağlı rəy və təkliflərini qeyd edə biləcəklər.
Kirayəçilərdən Fonda yazılı şəkildə və ya rəsmi elektron poçt ünvanı ([email protected]) vasitəsilə daxil olan məktublar isə “Kirayəçi məmnunluğu” bölməsində yerləşdirilir.
Qeyd edək ki, kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən, “1549” Çağrı Mərkəzinə zəng etməklə və ya 2 saylı Bakı ASAN Kommunal və ya Sumqayıt Asan xidmət mərkəzinə yaxınlaşaraq, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olaraq əldə etmək mümkündür.