İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
İKZF: "Son qərarla borcalanların ödəniş intizamı daha da yaxşılaşacaq"
İKZF-dən FED.az-a bildirilib ki, fondun xətti ilə indiyədək 42 min 315 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 420 milyon 650 min 474 manatdır.