Hazırda mənzil fondunda lazımi qədər mənzil mövcuddur və əlavə təlabat yaranarsa, vətəndaşların istəkləri nəzərə alınmaqla yeni mənzillər alına bilər.
Eləcə də bax: Bu il 5 mindən çox şəxsə - İpoteka Krediti Verilib
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib.
Bildirilib ki, bu günədək kirayə mənzil mexanizmi çərçivəsində 1242 mənzil vətəndaşlara təhvil verilib.
"Fond tərəfindən vətəndaşlarla müxtəlif kommunikasiya vasitələri ilə mütəmadi sorğular (1549 Çağrı mərkəzinə edilən zənglər, ASAN Xidmət mərkəzlərində vətəndaşlarla keçirilən görüşlər) həyata keçirilir və həmin sorğular təhlil olunaraq, vətəndaşların yaşayış sahələrinə dair istək və tələbləri öyrənilir. Bu sorğular nəzərə alınmaqla Fond tərəfindən hazırda artıq 8 fərqli ünvanda Bakı şəhərində (Xətai ray – Gəncə pr, Lütfi Zadə küçəsi, Nizami ray – M.Abbasov küçəsi), Sumqayıt şəhərində (Sülh və Bulvar küçələri) və Abşeron rayonunda vətəndaşlara mənzillər təklif olunmaqdadır" - deyə, məlumatda qeyd olunub.