Bir neçə həftə əvvəl təmirə bağlanan Mərkəzi Nəbatat Bağının layihə görüntüləri yayılıb.
FED.az xəbər verir ki, layihənin müəlliflərinin yaydığı şəkillərdən məlum olur ki, yenidənqurmadan sonra bağda ziyarətçilər üçün müxtəlif istirahət guşələri mövcud olacaq. Həmçinin bağ ərazisində su hövzəsi, ofis binası, gəzinti zolaqları və sair tikintilər nəzərdə tutulub.
Bakıda 1 bağın yenidən qurulmasına - 58 MİLYON MANAT XƏRCLƏNƏCƏK - TENDERİ BU ŞİRKƏT UDDU
Xcatırladaq ki, Mərkəzi Nəbatat Bağının abadlaşdırılması kimi adlandırılan yenidən qurma layihəsi "Xezer Construction" MMC şirkəti (VÖEN 1603218151) tərəfindən həyata keçiriləcək.
Bakı şəhərində 350 milyon manatlıq ən böyük - TENDERLƏRİ KİMLƏR UDUR? – ŞİRKƏTLƏR, SİYAHI, MƏBLƏĞLƏR
Layihənin sifarişçisi Bakı şəhərin icra hakimiyyətini təmsil edən "BAKI ŞƏHƏR ƏSASLI TİKİNTİ VƏ TƏMİR" MMC-dir. Bu qurum tenderin qalibinə 58 milyon manat ödəyəcək.
Maraqlıdır ki, "Xezer Construction" MMC şirkəti Bakı şəhər icra hakimiyyətinin iri tenderlərindən ən çox sifariş alan şirkətlərdən biridir. Son 3 il ərzində bu şirkət icra hakimiyytindən 5 tender müqaviləsi üzrə 76 milyon manatdan artıq sifariş alıb.
Qeyd edək ki, 2022-ci il noyabrın 19-dan etibarən Mərkəzi Nəbatat Bağına ziyarətçilər üçün giriş bağlanıb.