“Bu gün güzəştli ipotekaya çıxış imkanları kifayət qədər böyük təbəqəni əhatə edir”.
Eləcə də bax: İpoteka və Kredit Zəmanət Fonduna gələn il 101 milyon manat - AYRILACAQ
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirələri zamanı mədəniyyət sahəsində fəaliyyət göstərən şəxslərə güzəştli şərtlərlə ipoteka verilməsi barədə təklifə münasibət bildirərkən qeyd edib.
“İndi bu barədə nəsə deməyə hazır deyiləm. Bu təklif qiymətləndirilməlidir. Bu gün güzəştli ipoteka çıxış imkanları kifayət qədər böyük təbəqəni əhatə edir. Biz bu sahəni sonsuz genişləndirə bilmərik”, - deyə Samir Şərifov bildirib.
Xatırladaq ki, daha əvvəl Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva mədəniyyət sahəsində fəaliyyət göstərən müəyyən kateqoriya aid gənclərin güzəştli ipoteka şərtlərindən yararlananların siyahısına daxil edilməsini təklif etmişdi.