Bakıda «Gilan Holdinq»ə məxsus olan məşhur «Qafqaz Hotel» satışa çıxarılıb.
"Otellər 2 ildir zərərlə işləyirdi, indi gündə 200-300 turist gəlir" - REPORTAJ
FED.az xəbər verir ki, sözügedən hotel Bakının mərkəzində – Moskva prospektində (keçmiş Tbilisi) yerləşir. 17 mərtəbəli otel 4 ulduzdur, burada 317 otaq, 9 yüksək komfortlu mənzil, habelə əlillər üçün nəzərdə tutulan 2 otaq var.
Azərbaycanda ən çox və ən az - PUL XƏRCLƏYƏN TURISTLƏR – ÖLKƏLƏR, SİYAHI, MƏBLƏĞ
Hotel 72 750 000 manata satışa çıxarılıb.
«Bakının əsas görməli yerlərinə ən yaxın məsafədə yerləşən bu müasir kompleks Azərbaycana işgüzar məqsədlərlə və ya istirahət etmək üçün gələn qonaqların zövqünə uyğun ideal məkandır. Otelin əsas üstünlüyü ondan ibarətdir ki, bütün otaqlarda və ictimai yerlərdə yüksək sürətli İnternet rabitəsi, təhlükəsiz dayanacaq xidməti, 24 saat mühafizə xidməti, restoranlar, barlar, gimnastika zalları, spa salonları, konfrans otaqları və ticarət mərkəzi mövcuddur»-deyə satış elanında bildirilir.
Otelin yerləşdiyi torpaq sahəsi 0.8703 ha, yəni təqribən 87 sotdur. Tikintinin ümumi sahәsi isə 32,121 kvadratmetrdir.
SƏNƏD: Çıxarış (mülkiyyət növü - xüsusi), texniki pasport və Şəhadətnamə
Mərtəbə sayı: 17
Otaq sayı: 325
Otaqlar: 239
Suites: 77
Residence: 9
Terras: Bar 1
Restoran: 2