Prezident İlham Əliyevin ötən il oktyabrın 18-də təməlini qoyduğu yaşayış məhəlləsinin tikintisi Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) tapşırılıb.
Eləcə də bax: MİDA Füzulidə çoxmənzilli yaşayış binalarının - İNŞASINA BAŞLAYIR
Bu barədə FED.az-a Agentlikdən bildirilib.
Məlumata görə, artıq yaşayış məhəlləsinin ərazisinin şaquli planlaşdırması üçün açıq tender elan edilib. Ənənəviliklə müasirliyin vəhdət təşkil edəcəyi məhəllədə yerləşən çoxmənzilli binaların layihə - smeta sənədlərinin hazırlanması sürətlə davam etdirilir və tezliklə başa çatdırılacaq. Bu sənədlər dövlət ekspertizasından keçdikdən sonra tikinti işlərinin yerinə yetirilməsi üçün açıq tenderlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada elan ediləcək.