Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Füzuli şəhərində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar ərazinin şaquli planlaşdırılması məqsədilə şirkət seçir.
Eləcə də bax: Dağılmış ev-obyektlərin təmiri bu şirkətə verildi - 3,5 MİLYONLUQ TENDER
FED.az xəbər verir ki, podratçı seçimi açıq tender üsulu ilə keçirilir.
Binalar 8,90 ha ərazidə inşa ediləcək.
Tenderdə iştirak haqqı 600 manatdır.
Ərazinin şaquli planlaşdırılması işlərinin icrasının müddəti müqaviə imzalandıqdan iki ay təşkil edir.
Şirkətlərdən tender təkliflərinin qəbulu 15 mart saat 15:00-dək davam edəcək.
Tender proseduru 16 mart saat 15:00-da baş tutacaq. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 85Z.
Əlaqələndirici şəxs: Vüqar Əliyev, telefon: (+99412) 594-54-01, daxili 239.