Azərbaycanda fərdi yaşayış evlərinin tikintisi azalıb.
Bakının bəzi ərazilərində fərdi evlər söküləcək - VİDEO
Dövlət Statistika Komitəsinin məlumatına görə, fərdi tikilən evlərin sayı ötən illərlə müqayisədə 14 faiz azalıb.
FED.az xəbər verir ki, mövzu ilə bağlı danışan əmlak eksperti Mülkədar Rüstəmov hesab edir ki, bunun əsas səbəblərindən biri 2023-cü ildən qüvvəyə minən qaydalardır.
Ekspert deyir ki, paytaxtın Sabunçu, Binəqədi və ətraf qəsəbə, kəndlərində təyinat problemi var. Əksəri kənd təsərrüfatı təyinatlı torpaqlardır. Yəni fərdi yaşayış evlərini tiktinsinin azalması torpaq sahələrinin təyinatı ilə də əlaqəlidir.
Onun sözlərnə görə, tikintinin azalması qiymət artımına da təsir göstərəcək.