Qarabağdakı döyüşlərdə Azərbaycanın qələbəsi, işğal altında olan torpaqların böyük hissəsinin azad edilməsi və ermənilərin ağır məğlubiyyətə uğrumasından sonra Xankəndi və onun ətrafındakı ermənilər əmlaklarını satışa çıxarıblar.
FED.az erməni əmlak satışı saytlarına istinadən xəbər verir ki, hazırda Xankəndi və ətrafında yerləşən yüzlərlə əmlaklar – mənzil, ev, müxtəlif kommersiya obyektləri və torpaq sahələri satışa çıxarılıb.
Bakıdan 1 saatlıqda əmlak bazarı – SALYANDA DAŞINMAZ ƏMLAK
Məsələn, Saroyan küçəsində, 6 mərtəbəli binanın 6-cı mərtəbəsindəki 2 otaqlı, sahəsi 74 kvadratmetr olan, təmirli, 2 eyvanı olan mənzil 55 min dollara, yəni təxminən 93,5 min manata satılır. «Mənzil yalnız nağd yolla satılır, kredit olmayacaq, istəyən olsa əşyaları ilə birlikdə satıla bilər»-deyə elanda bildirilir. Başqa sözlə, bu mənzilin kvadratmetri 1260 manat ətrafındadır. Qeyd edək ki, bu qiymətə Bakıda da mənzil almaq olar.
Otel, şadlıq evi, bank binası, istixana – ŞƏMKİRDƏ ƏMLAK
Ümumi sahəsi 220 kvadrat olan, «moyka», avtovervis və kafe hibridi isə 270 min dollara və ya 460 min manata təklif edilir. Bu hesabla obyektin kvadratı 2100 manata yaxındır.
Elə bu gün yerləşdirilən elanlardan məlum olur ki, ermənilər Xankəndi ətrafındakı trpaq sahələrini də satırlar. Təqribən 12 sot sahəsi olan torpaq sahəsi 3 milyon drama, yəni 5700 dollara və ya təqribən 10 min manata satılır. Torpağın sotu təqribən 800 manatadır.
Turistlər İmişlidə kirayəni necə artırdı? – ƏMLAK BAZARI
Digər elanda Xankəndinin 7 kilometrliyində 20 sot torpaq içərisindəki kiçik tikili ilə birlikdə satılır. Qiymət 7 milyon dram, yəni 13,4 min dollar və ya 23 min manatdır. Torpağın sotu 1140 manata düşür.
Xankəndində Mamikonyan küçəsində isə 3 mərtəbəli binanın 2-ci mərtəbəsində 1 otaqlı mənzil 18 min dollara satılır. Sahəsi 35 m2 olakn mənzilin qiyməti 30,6 min manatdır, bir kvadratı 870 manata düşür.
Turizm, alma bağları və kənd evləri – QUBADA ƏMLAK NİYƏ BAHALAŞIR
Satış elanlarından məlum olur ki, bəzi obyektlərin və mənzillərin qiyməti Azərbaycanın digər əraziləri ilə müqayisədə yüksəkdir. Baxmayaraq ki, hətta ucuz olsalar belə, onlara alıcı tapmaq asan deyildi.
Xankəndinin mərkəzi küçələrinin birində yerləşən 2 otaqlı mənzil 43 min dollara və ya 73 min manata satılır. Cəmi 46 kvadratmetr sahəsi olan mənzilin 1 kvadratmetrinin qiyməti 1600 manata düşür. Elanda deyilir ki, yaxınlıqda məktəb, bağçav, post, bir neçə bank və restoran var.
Qeyd edək ki, noyabrın 10-da ermənilərin məğlubiyyəti ilə nəticələnən razılaşmadan sonra satışa çıxarılan əmlakların sayı kəskin artıb. Təkcə bir satış elanları saytında noyabrın 11-dən sonra 180 mənzil, ev , obyekt və torpaq sahəsi s atışa çıxarılıb. Müqayisə üçün bildirək ki, avust və sentyabr aylarında satışda cəmi 120 əmlak vardı.
Satışa çıxarılan obyektlərin içərisində tikilməkdə olan kiçik hotel və ya hostel də var. Sahəsi 247 kvadrat olan hoteldə 8 otaq var, amma qiymətii yazılmayıb.
Xankəndi yaxınlığında içərisində orta səviyyəli 180 metrlik tikili olan 42 sotluq torpaq sahəsi 65 min dollara və ya 110 min manata satışa çıxarılıb. «Tikinti yə icazəsi var, burada istirahət zonası da yaratmaq olar»-deyə elanda bildirilir,
Xankəndində 10 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 2 otaqlı mənzil 35 min dollara satılır. Sahəsi 60 kvadraotmetrdir.
Xankəndi ətrafında 87 sotluq torpaq sahəsi isə 2 milyon drama və ya cəmi 3800 dollara satılır. Satıcı deyir ki, torpaq sahəsi Malıbəyli kəndinin yanındadır və hər iki tərəfində su var.
Xankəndinin mərkəzində sahəsi 25 kvadrat olan mağaza isə 40 min dollara satılır.
Xankəndi yaxınlığında 10 sot torpaq sahəsində tikilmiş, sahəsi 150 kvadratmetr olan 6 otaqlı iki mərtəbəli həyət evi 75 min dollara və ya 127 min manata satılır. Satıcı yazıb ki, evdə və həyətdə hər cür şərait yaradılıb, hətta manqal və 2 qaraj da var.
Xankəndinin mərkəzində 41 kvadratmetr sahəsi olan ticarət obyekti 30 min dollara və ya 51 min manata təklif olunur. Satıcı bildirir ki, hazırda obyekt ayda 100 min drama və ya 190 dollara icarədədir. Amma bu baş verənlərdən sonra iicarəçinin orada qalıb qalmayacağı məlum deyil.