İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə məxsus “Daşınmaz Əmlakın Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC 2020-ci ili 3,318 milyon manat mənfəətlə başa vurub.
Eləcə də bax: Azərbaycanda Dövlət Agentliyi ləğv edildi - FƏRMAN
FED.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Bu il yanvarın 1-nə "Daşınmaz Əmlakın Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi”nin aktivləri 66,607 miylon manat olub ki, bu da illik müqayisədə 10% çoxdur. Hesabat dövründə şirkət öhdəlikləri 5,1 dəfə artaraq 3,409 manata, balans kapitalı isə 5,5% artaraq 63,198 milyon manata çatıb. (Report)