Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə 23,6 milyon manat vəsait köçürüb.
Eləcə də bax: Əmlak Məsələləri Dövlət Xidmətinin gəlirləri və xərcləri - ARTIB
FED.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, 4 aylıq ödənişin 14,9 milyon manatı özəlləşdirmə, 8,7 milyon manatı isə icarə hesabına təmin edilib.
Hesabat dövründə Dövlət Xidməti 27 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 10 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, 265 nəqliyyat vasitəsi özəlləşdirilib.
Ötən 4 ayda 1 165 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 324-ü qeyri-yaşayış, 841-si isə torpaq sahələrinə aid olub. (Report)