İpoteka və Kredit Zəmanət Fondu əhaliyə kirayə üsulu ilə satmaq üçün mənzillərinin sayını artırıb.
FED.az xatırladır ki, satmaq öhdəliyi ilə kirayə mexanizmi (yəni mənzillərin kirvayə üsulu ilə satışı) çərçivəsində bugünədək fond 983 mənzil almışdı və onlardan 380 mənzil satılıb.
Son 13 ildə Bakı və Sumqayıtda evlər - 50% BAHALAŞIB - RƏQƏMLƏR
Yaxın zamanda mənzil fonduna əlavə 194 yeni mənzil əlavə olunacaq. Yeni mənzillərin 52-si 9-cu mikrorayon ərazisində yerləşən kompleksdən, 142-si Babək prospektindəki yaşayış kompleksindən təklif olunacaq.
Mənzili kirayə üsulu ilə almaq ipotekadan – DAHA SƏRFƏLİ İMİŞ - HESABLAMA
Fonddan FED.az-a bildirilib ki, mənzillərin 1 kvadratmetrinin qiyməti Babək prospektində 1350 manat, 9-cu mikrorayonda isə 1380 manat təşkil edir.