İş yerlərində əməkdaşların məhsuldarlığının artmasına müəyyən amillər təsir edir. Bunlardan biri də iş mühitinin daha maraqlı və yaradıcı dizayn olunmasıdır. Araşdırmalar da göstərir ki, ofislərin innovativ və yaradıcı olması əməkdaşların motivasiyasını yüksəldir. Məhz bu səbəbdən dünyanın ən gəlirli İT şirkətləri innovativ və göz oxşayan ofisləri ilə seçilir.
Eləcə də bax: Gələcəyin - 7 EVİ – FOTO
Oxucularmızın da marağını nəzərə alaraq ofis dizaynı ilə fərqlənən şirkətləri araşdırdıq.
FED.az TED.az-a istinadən ən yaradıcı ofisləri təqdim edir:
Dropbox
Məşhur platforma istifadəçilərə Bulud serverlərdə öz məlumatlarını saxlamağa və onları internetdə başqa istifadəçilərlə bölüşməyə imkan yaradır. Bu xidmət vasitəsilə faylları internet vasitəsilə saxlamaq və sinxronlaşdırmaq, həmçinin digər istifadəçilərlə mübadilə etmək mümkündür.
Şirkət ABŞ-ın Kaliforniya əyalətində yerləşir. Dropbox-un 1000-dən çox əməkdaşı var. Şirkətdə heç bir əməkdaşın şəxsi ofisi yoxdur. İş məkanı açıqdır və dünya şöhrətli aşbazın da daxil olduğu yeməkxanası da fəaliyyət göstərir.
Airbnb
Airbnb normalda əsasən istifadəçilər tərəfindən işlədilən bir “accomodation” (məkan, yer) saytıdır. Bu qonaqlama sistemi vasitəsilə səyahət etdiyiniz şəhərdə büdcənizə uyğun gələn ev tapıb orada qala bilərsiz. 3 mindən çox əməkdaşı olan şirkət ABŞ-ın Kaliforniya bölgəsində yerləşir. Şirkətdə əməkdaşların istədikləri yerdə işləmələrinə azadlıq verilir.
Feysbuk
Məşhur sosial media platforması Palo Alta Kaliforniyada yerləşir. Şirkətin 25 mindən çox əməkdaşı var. Ofis əməkdaşların həm də istirahət etmələrinə imkan yaradan formada dizayn edilib.
Nokia
Nokia Finlyandiyanın paytaxtı Helsinkidə yerləşir. Şirkətin dünyanın 120 ölkəsində 1 milyondan çox əməkdaşı var. Nokia-nın ofisi daha rəngarəngdir. Ofis sosiallaşmanı və yaradıcılığı təşviq etmək üçün geniş açıq sahələr təklif edir.
Zynga
Kaliforniyada yerləşən şirkət video oyunlar hazırlayır. Şirkətin təxminən 3 min əməkdaşı var. Zynga baş ofisdə işləmək üçün daha rahat mühit yaradıb. Ofis oyunlarla zəngin yeməkxanaya bənzəyir.
Şirkət Kaliforniyanın “Mountain View” əyalətində yerləşir. Şirkətin 90 mindən çox bütov ştat çalışan əməkdaşı var. Google sağlam və unikal olan müxtəlif növ yeməklər təklif edir. Şirkət əməkdaşlarının həyatını asanlaşdırmağı hədəf götürüb. Google əməkaşlarını işə rahat gəlib, qayıtması üçün servis xidməti ilə də təmin edir. Şirkətdə əməkdaşları motivasiya edən, onlarla şirkət rəsmiləri arasında səmimi ünsiyyət qurmağı təmin edən xüsusi şəxslər işləyir. Google əməkdaşlarını sağlam və forumda görmək istəyir. Onlar ekologiyaya qarşı da həssas yanaşır, buna görə də şirkətdə yaşıllığın artırılmasına üstünlük verirlər.
Inventionland Design Factory
Mərkəz yeni doğulan ideyaların formalaşmasına, bazara çıxarılmasına müxtəlif fəaliyyətləri ilə dəstək göstərir. Şirkət Pensilvaniyada yerləşir. Factory-nin 400-dən çox əməkdaşı var. Şirkət inanır ki, əməkdaşları pirat gəmilərdə, qalalarda və ağac evlərində işləyərək yaradıcı enerjidə olacaqlar.