Mənzil məsələsi müasir insanın böyük problemidir. Getdikcə daşınmaz əmlakın qiyməti qalxır, evlər isə darıxdırcı beton qutulardan başqa bir şey deyil. Hər kəs ucuz və gözəl ev arzusundadır.
Eləcə də bax: Dünyanin ən bahalı mənzili - kirayəyə verildi – AYDA 600 MİN AVRO
FED.az TED.az-a istinadən gələcəyin ən maraqlı evlərinin konseptini təqdim edir.
Boru-ev – OPod Tube House
Honkonqdan olan memar Ceyms Lou diametri 2,5 metr olan boruya sığışan, çox ucuz mənzil layihəsi işləyib hazırlayıb. Əhalisi çox sıx olan bu şəhərdə evlər çox baha olduğundan, bu həll həm minimalistlərin, həm də qənaətcil insanların marağına səbəb olub.
Bu-evin başlıca üstünlüyü onun daşınan olmasıdır. Bu ev əsl, tam evlərin tikilməsi mümkün olmayan yerlərdə quraşdırılır: binaların arasında, estakadaların altında, evlərin damında. Qeyd edək ki, başqa rayona və ya şəhərə köçmək istədikdə, öz mənzilinizlə bunu edə bilərsiniz.
Boru-ev qənaətcilliyi və minimalizmi üstün tutur. Memar, tam çarpayı kimi açılan divan, onunla übəüz qövsvari divarda rəflər və masa yerləşdirib. Borunun sonunda vanna otağı qurulub.
Layihə hazırlanarkən, prototip artıq potensial müştəriləri maraqlandırıb. Louya görə, OPod müştərilərə 15 min dollara başa gələcək. Kirayə qiyməti 400 dollardan – Honqkonqdakı orta qiymət etiketindən bir neçə dəfə azdır. Memar bu seçimin tələbələr üçün ideal olduğuna əmindir.
Memar Andreas Teldfaat da yer çatışmazlığı məsələsini həll etməyə çalışıb, evsizlərin məskunlaşmasının yeni bir yolunu isə təbiət “təklif edib”.
Divarda sığınacaq – Homed
Teldfaat "şaquli məkandan istifadə" – pəncərələri olmayan binaların divarlarına mini mənzillər yerləşdirmək qərarına gəlib. Homed adlanan bu evlər arı yuvasına bənzəyir.
Divarda yerləşən otaqlar bir az narahat olacaq. Orada bir yataq, stul və paltar yığmaq üçün bir cüt qutu yerləşir. Bununla yanaşı, konseptin mövqeyi aydındır – arı şanına bənzəyən bu evlər evsizlər üçün ucuz bir mənzil olmalıdır. Eyni səbəbdən, Teldfaat tikinti materiallarına qənaət etməyi təklif edir: arı şanı çərçivəsi alüminiumdan hazırlanacaq və daxili bəzək 3D printerdə çap ediləcək.
Evin əsas elementi ağıllı pəncərə - ekrandır. "Gecəqondu"nun qonağı bu ekranda sosial şəbəkələrdəki şəkilləri və ya bir filmi seyr edə bilər, lazım gəldikdə isə ekran qeyri-şəffaf olacaq və kirayəçi rahat yata bilər.
Layihə müəllifi belə modullardan birini yaratmaq üçün 10- 15 min dollar sərf olunacağını söyləyib.
Kümbəz evlər
Kümbəz evlərin əsasını geodeziya sahəsinin texnologiyası təşkil edir. Bu maraqlı, qeyri-adi memarlıq quruluşlu evlərin ölçüsü böyük, bir o qədər də möhkəm olur. Kiçik binalarda ev bir həftə içində, istixana isə bir gündə yığılır.
Bu evlərin konseptini 1947-ci ildə ingilis memar Riçard Bakminster Fuller hazırlayıb. Fuller ömrünün sonuna kimi geodezik sahələrlə məşğul olub. Bu maraq, gələcəkdə isidilmiş hava ilə uça bilən, “Doqquzuncu səma” adlanan evlərin layihəsinin yaranmasına gətirib çıxarıb.
Şəffaf ev – Memu Meadows
Memu Meadows evləri üçün yapon dizayneri Kenqo Kuma maksimum təbii materiallardan istifadə edib. Beləliklə, karkas adi iynəyarpaqlı ağacdan, divarlar üçün teflon, plastik şüşələrdən hazırlanmış materialdan və isidicidən təşkil olunub.
Bu evin divarları soyuq keçirməyən yetərincə möhkəm, lakin işığı yaxşı keçirən materiallardan hazırlanıb. Evin ümumi görünüşü Çin fənərini xatırladır.
Kub evlər
İtalyan dizaynerlərinin hazırladığı texnoloji evlərdən olan bu bina Kub formasını xatırladır.
Bütün ev plastik şüşədən hazırlanıb. Bu konstruksiya 140 km/saat küləyə dözümlüdür. Evin otaqlarının quruluşu arakəsmələrin və plastik şüşələrin köməyi ilə ev sahibinin istəyinə uyğun düzəlir.
46,4 kv.m-lik sahəsi olan bu evlər 93 min avroya başa gəlir.
Modul v – Modul Go
Sizin pulunuz çoxdur və siz ekoloji təmiz evdə həm də səyahət etmək arzusundasınızsa, rus dizayneri Maks Jivov köməyinizə çatacaq. Müəllifin tapıntılarına görə, bu tikilidən nəinki mənzil kimi, həm də restoran kimi də istifadə etmək olar.
Modul evlər üzən platformada elektromühərriklərin köməyi ilə hərəkətə gəlir. Enerjini, gəminin damında yerləşən günəş batareyaları təmin edir.
Mənzilin interyerinə qonaq, yemək, yataq otağı, mini mətbəx və vanna otağı daxildir.
Mikromənzil – EcoCapsule
EcoCapsule – səyahətçilər və minimalistlər üçündür. Kapsulun sahibi onu adi yük konteynerində və ya buksirdə dünyanın istənilən yerinə daşıya bilər.
Kapsulda minimum rahatlıq yaratmaq üçün çarpayı, duş, tualet, mini-mətbəx və paltarların saxlanması üçün bölmələr var. Mini-mənzil enerjini damda qurulmuş külək durbinləri və günəş panellərindən alır. Kapsul yağış suyunu və şehi toplayır. Bütün maye ikipilləli fitrləmədən keçdikdən sonra bu suyu artıq içmək mümkün olur. Yeni quruluşlu ev 2 nəfər üçün nəzərdə tutulub. Sahəsi 8 kv.m dir.
EcoCapsule 80 min avro dəyərindədir. Hal-hazırda bundan 50 nüsxə var, lakin ikinci partiya da hazırlanır. Gələcəkdə bu evlərin qiymətinin ucuzlaşacağı gözlənilir.