Bugünədək ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə 60 549 mənzil satılıb.
Güzəştli ipoteka kreditinin məbləğinin artırılması - TƏKLİF EDİLDİ
FED.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.
Məlumata görə, 53 785 ipoteka krediti verilib və 6 764 vətəndaşla satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlanılıb. Fondun yaşayış maliyyəsi alətləri vasitəsilə mənzil şəraitini yaxşılaşdırmış ailələrin 70%-ə yaxını gənclərdir.
Qeyd edilib ki, 2024-cü ilin sonuna olan məlumata görə, ümumilikdə ölkə üzrə verilmiş ipoteka kreditlərinin həcmi - 4,7 mlrd. manat təşkil edib ki, onun da 3,3 mlrd. manatı və ya 81,4%-i dövlət xətti ilə verilmiş kreditlərin payına düşüb. Bu günə olan məlumata görə, Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin həcmi 3,4 mlrd. manatı keçib.