Azərbaycanın regionlarda yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi istisna olunmur.
FED.az xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun Baş direktoru İlham Kələşov bildirib.
"Mənzil fondu vətəndaşların təklif və istəkləri nəzərə alınmaqla formalaşdırılır. Əhalinin tələbi əsasında mütəmadi olaraq kirayə mənzillərin siyahısı genişləndirilir. Potensial tələb olsa, regionlarda yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi istisna olunmur.
Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizminin xüsusiyyətlərinin hərtərəfli təhlili hazırda ölkədə tətbiq olunan mexanizmin ilk növbədə əhalinin maraqlarına xidmət etdiyini və mexanizm çərçivəsində bağlanılan müqavilələrin davamlı artacağını əminliklə söyləməyə imkan verir", - o deyib. (Report)