Bu ilin dekabrın 1-i tarixinə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (İKFZ) xətti ilə 1 611 178 151 manat məbləğində 31 073 ipoteka krediti verilib.
Eləcə də bax: Mənzili kirayə üsulu ilə almaq ipotekadan – DAHA SƏRFƏLİ İMİŞ
FED.az xəbər verir ki, bu barədə Fondun açıqlamasında deyilir.
Bildirilir ki, zəmanət verilmiş kreditlərin ümumi məbləği isə 193,676 mln. manat təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-oktyabr aylarında Fondun xətti ilə 207,6 mln. manat məbləğində ipoteka kreditləri verilib. Bu, illik müqayisədə 62,4% çoxdur.
Xatırladaq ki, İKFZ-nin xətti ilə ipoteka kreditlərinin verilməsinə 2006-cı ildə başlanılıb. (Apa)