Nazirlər Kabineti «Yanar dağ» Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədini və mühafizə zonasını əks etdirən xəritənin təsdiq edilməsi və «Yanar dağ» dövlət tarix-mədəniyyət və təbiət qoruğunun bəzi məsələləri barədə» qərar qəbul edib.
Eləcə də bax: Bakıda torpağın qiyməti - BAHALAŞDI
FED.az xəbər verir ki, qərara əsasən, «Yanar dağ» Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədini və mühafizə zonasını əks etdirən xəritə təsdiq edilib.
Bu xəritəyə düşən qeyri-dövlət torpaqları dövldət tərəfindən alınacaq. Qərarda deyilir ki , Torpaq Məcəlləsinə və «Yanardağ» dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yaradılması haqqında» Prezidentin 2007-ci il 2 may tarixli 2141 nömrəli Sərəncamına əsasən, təsdiq edilən xəritədə Qoruğun ərazisinə daxil edilmiş qeyri-dövlət mülkiyyətində 2 olan torpaqların mülkiyyətçilərin razılığı ilə Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulan dövlət vəsaiti ilə alınacaq.
Bununla yanaşı, qeyd edək ki, Nazirlər Kabinetinin qərarının ictimaiyyətə açıqlanan variantında sözügedən xəritə, torpaqların hansı ərazilərdə alınacağı açıqlanmayıb.