Banner

İnşaat və əmlak

Bakıda torpağın qiyməti - BAHALAŞDI

Bakıda torpağın qiyməti - BAHALAŞDI | FED.az
08:31 15 İyul 2020

Bakıda torpaq bazarında qiymətlərdə artım müşahidə edilir.

Eləcə də bax: Bakıda bu obyektlər - KƏSKİN UCUZLAŞDI

FED.az xəbər verir ki, bu barədə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, iyun ayı ərzində torpaq bazarında bir sotun orta qiyməti 24 283 manatdan 24 883 manata qədər artıb. Yəni ay ərzində qiymətdə artım 2.47 faiz, il ərzində isə 15.72 faiz təşkil edib.

Ekspertin sözlərinə görə, qiymət artımı mövsümi xarakter daşıyır.

O qeyd edib ki, adətən yay mövsümündə torpağa tələbat artdığına görə buna müvafiq olaraq torpaq bazarında qiymət artımı müşahidə edilir. (Trend)

Digər xəbərlər

Banner