Birinci yarımildə 1,8 milyona yaxın notariat hərəkəti rəsmiləşdirilib, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 133 mindən çox əməliyyat aparılıb.
Eləcə də bax: Növbəti özəlləşdirmə hərracı - 58 Əmlak Satılacaq - SİYAHI
FED.az xəbər verir ki, bu barədə iyulun 29-da Ədliyyə Nazirliyində cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, bu əməliyyatlarla bağlı 3,5 milyon manata yaxın vəsait, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə 16 milyon manatadək vergi dövlət büdcəsinə köçürülüb.