Bu ilin fevralın 1-nə Azərbaycanda daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) kredit qoyuluşlarının həcmi 2,120 mlrd. manat təşkil edib.
Eləcə də bax: Azərbaycan bankları ötən il 1,2 milyard manat kredit - Restrukturizasiya Edib
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının verdiyi məlumata görə, bu, indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Son bir ayda sözügedən kreditlərin həcmi 1,3%, son bir ildə isə 10,2% artıb. Daşınmaz əmlakın tikintisinə və alınmasına yönəldilən kreditlər ümumi ölkə üzrə kredit qoyuluşlarının 14,5%-ni təşkil edib.
Qeyd edək ki, 2021-ci ilin martın 1-nə İpoteka və Kredit Zəmanət Fondu 32 326 şəxsə 1 696 943 791 manat məbləğində ipoteka krediti verib. (Apa)