İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış kompleksində daha 296 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir.
İndiyədək kirayə üsulu ilə - 6257 MƏNZİL SATILIB
Bu barədə FED.az-a Fonddan bildirilib. Bildirilib ki, yaşayış sahələri 1 və 2 otaqlı olmaqla, aylıq ödənişləri 448 manatdan başlayır.
Yeni mənzillər seçim üçün 21 yanvar 2025-ci ildən etibarən açıq olacaq.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Youtube kanalı (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 6317 kirayə müqaviləsi bağlanıb.
Mənzillərin siyahısı
Yaşayış sahəsinin ünvanı |
Giriş |
Binada mərtəbə sayı |
Yerləşdiyi mərtəbə |
Otaqların sayı |
Yaşayış sahəsinin sayı |
Mənzillərin xarici perimetr üzrə sahəsi (m²) |
Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsi |
16 |
14 |
1 - 14 |
1 - 2 |
116 |
63 - 91 |
17 |
1 - 14 |
1 |
9 |
63 - 81 |
||
18 |
2 - 14 |
3 |
5 |
151 |
||
19 |
2 - 14 |
3 |
4 |
151 |
||
20 |
1 - 14 |
1 - 2 |
126 |
63 - 91 |
||
21 |
1 - 14 |
1 |
57 |
63 - 81 |
||
22 |
1 - 14 |
1 |
5 |
63 - 81 |
||
23 |
1 - 14 |
1 - 2 |
14 |
63 - 91 |
||
24 |
10 - 14 |
1 |
6 |
63 - 81 |
||
43 |
1 - 14 |
1 |
6 |
69 - 81 |
||
44 |
1 - 14 |
1 |
10 |
63 - 81 |