İpoteka və Kredit Zəmanət Fondu indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 6257 kirayə müqaviləsi bağlanılıb.
“MİDA” Şirvanda sosial evlərlə bağlı 10 milyon manatlıq – LAYİHƏ HƏYATA KEÇİRİR
FED.az xəbər verir ki, bu barədə İKZF-nin Kirayə mənzil departamentinin direktor müavini Aslan Zeynalov deyib.
O bildirib ki, təkcə bu ilin əvvəlində 1871 sayda kirayə müqaviləsi rəsmiləşdirilib və vətəndaşlara mənzillər təhvil verilib. Bu, ötən illə müqayisədə 29 faiz çoxdur.
Satmaq öhdəliyi ilə kirayə yolu ilə mənzil sahibi olan vətəndaşların 60 faizdən çoxunu gənclər və gənc ailələr təşkil edir.