Çinin cənubundakı Quançjou əyalətində ən böyük futbol stadionunun layihəsi yayımlanıb.
FED.az xəbər verir ki, 100 min azarkeş tutumuna malik arena latus çiçəyinə bənzəyəcək.
Eləcə də bax: Çin iqtisadiyyatı 28 ildən sonra ilk dəfə kiçilib - KORONAVİRUSA GÖRƏ
Stadionun sahəsi 150 min kvadratmetr, ətrafı ilə birlikdə ümumi sahəsi 300 min kvadratmetr olacaq. İdman kompleksi “Quançjou Everqrand” klubunun sahibi olan “Everqrand Qrup”un olacaq. Şirkət stadiona 12 milyard yuan (təxminən 1.69 milyard ABŞ dolları) xərcləyəcək.
Arenanın 2023-cü il Asiya Kubokuna qədər hazır olacağı gözlənilir. Tikinti 2022-ci ilin sonunda yekunlaşacaq.
Report