Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən reallaşdırılan “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası ilə səyyar xidmətlər bu həftə 5 bina üzrə 2103 mənzili əhatə edəcək.
Komitədən FED.az-a bildirilib ki, Prezident İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmana uyğun olaraq istismarına icazə verilmiş binalardakı mənzillərin ƏMDK tərəfindən dövlət qeydiyyatına alınması davam edir.
Eləcə də bax: Yaşadığnız mənzilin qiymətini bilirsiz? - YENİ XİDMƏT
Bu həftə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası ilə intensiv qeydiyyat xidmətləri Bakı şəhəri üzrə 5 müxtəlif ünvanda göstəriləcək. Sentyabrın 9-dan 13-dək Səbail, Nizami, Yasamal və Nəsimi rayonlarındakı bir neçə çoxmənzilli binalarda «kupça» veriləcək.
Kampaniya
sentyabrın 9-da Səbail rayonu, A.Abbaszadə küçəsindəki 18 mərtəbəli, 561 mənzilli binada,
sentyabrın 10-da Nizami rayonu, Çobanzadə, Gəncəvi və Nəsimi küçələrinin kəsişməsi, 2532 məhəllədəki 17 mərtəbəli, 128 mənzilli binada,
sentyabrın 11-də Yeni Yasamal, D.Bünyadzadə küçəsindəki 17 mərtəbəli, 855 mənzilli binada,
sentyabrın 12-də Səbail rayonu, 4-cü Badamdar 6012 məhəllədəki 14 mərtəbəli, 286 mənzilli binada,
sentyabrın 13-də isə Nəsimi rayonundakı Abay döngəsi, 360-cı məhəllədəki 18 mərtəbəli, 273 mənzilli binada keçiriləcək.
Mənzillərin dövlət qeydiyyatına alınması xidmətlərindən ünvanlarındaca istifadə etmək istəyən vətəndaşlar göstərilən tarixlərdə, saat 09:00-dan 17:00-dək şəxsiyyət vəsiqəsi, maliyyə arayışı, protokoldan çıxarış kimi ilkin sənədlər ilə birgə binanın həyətindəki səyyar avtobusa yaxınlaşa bilərlər.