"Pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilə bağlı ümumilikdə müsbət dinamika müşahidə edilsə də, bəzi ərazilərdə bu istiqamətdə aparılan işlər zamanı bir sıra çətinliklərə rast gəlinir. Belə ki, torpaq islahatı zamanı pay torpağı alan vətəndaşların ailə tərkibinin və şəxsi məlumatların düzgün yazılmaması, vətəndaşlardan bəzilərinin uzun illər torpaq payından istifadə etməməsi, verilən torpaqlardan əlavə sahənin qanunsuz istifadəsi mülkiyyət hüquqlarının qeydiyyatını ləngidir".
Kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi qaydası - TƏSDİQLƏNİB
FED.az xəbər verir ki, bu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumatda bildirilir.
Yuxarıda qeyd olunan məsələlər araşdırılır və qanunvericiliyə uyğun olaraq həlli istiqamətində tədbirlər görülür.
Məlumatda qeyd edilib ki, Xidmət tərəfindən ötən ilin dekabr ayından hazırki dövrədək mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarına sahib olan 34 minə yaxın şəxsin ərizəsi qəbul olunub. 25 mindən artıq torpaq sahəsi üzərində vətəndaşların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb. Xidmət tərəfindən ərizəsi qəbul edilən digər vətəndaşların mülkiyyət sənədləri qanunvericiliklə müəyyən olunmuş müddətdə təqdim ediləcək.
Qeyd edilib ki, görülən işlər Azərbaycan Respublikası Prezidentinin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq həyata keçirilir.
Məqsəd əhalinin sosial rifahının yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı və fermerlərin subsidiyalardan faydalanmasının təmin edilməsidir. Qeydiyyat xidmətlərinin birbaşa yerlərdə göstərilməsi vətəndaşların əmlak hüquqlarından və xidmətlərdən daha operativ və rahat şəkildə yararlanmasına imkan yaradır.