Bəzən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində fərdi evin tikintisinə cəhd edilir. Bu halda inşa edilən ev özbaşına tikinti sayılır və həmin fərdi evin mülkiyyət hüququ verən çıxarışla təmin edilməsi mümkün olmur.
Tikinti obyektlərinin kommunal şəbəkələrə qoşulmasına dair metodologiyalar - TƏSDİQ EDİLİB
FED.az xəbər verir ki, bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri Publik Hüquqi Şəxsin departament direktoru Lalə Əkbərova deyib.
Onun sözlərinə görə, fərdi evin tikintisi üçün torpaq alarkən həmin torpaq sahəsi üzrə hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçib-keçməməsi müəyyən edilməlidir.
Lalə Əkbərova əlavə edib ki, etibarnamə sadəcə təmsilçiliklə bağlı verilən bir sənəddir.
O həmçinin qeyd edib ki, vətəndaşlar mülkiyyətində olan torpaq sahələrində fərdi evinin tikintisinə başlamamışdan öncə tikiləcək evin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanmasını təmin etməlidir.
Baş planı isə yalnız ölkəmizdə qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq alan hüquqi və ya fiziki şəxslər həyata keçirə bilərlər. (Xezerxeber.az)