Bakıda 1000 hektardan çox ərazi var ki, burada xüsusi mühafizə olunan zona təyin olunub.
Bakı yenidən bölünəcək – Yeni Mərkəzi Bakı və regional mərkəzlər – PLAN AÇIQLANDI
FED.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.
“Burada tarixi abidələrin sıxlığı nəzərə alınıb ki, orada tikinti məsələlərinə məhdudiyyət qoyulub
O qeyd edib ki, bu ərazilərdə beş mərtəbədən hündür bina tikintisinə icazə verilməyəcək.
"Xüsusilə şəhərin mərkəzində tarixi mədəni irsə hörmət nəzərə alınaraq ciddi addımlar atılacaq”,- deyə o,əlavə edib. (Trend)